Rusiyanın qənaətincə, Suriyadakı rejim kimyəvi silahlarının yalnız beynəlxalq nəzarət verməyə deyil, onların məhvinə, bununla da uyğun beynəlxalq konvensiyaya qoşulmağa razıdır.
Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putin məsələ ilə bağlı deyib: «İnanırıq ki, suriyalı tərəfdarlarımız və dostlarımız uyğun qərar qəbul edəcək. Onlar kimyəvi silahların yalnız beynəlxalq nəzarət deyil, onların məhvinə də razılıq verməklə Kimyəvi silahların yasaqlanması haqda Beynəlxalq Konvensiyaya qoşulacaq».
Rusiya liderinin fikrincə bu, Suriya böhranının «dinc yolla həlli istiqamətində yaxşı addım olacaq».