Rusiya prezidenti Vladimir Putin yaxın 5 ildə ölkə üzrə 7 Radiolokasiya Stansiyasının istismara veriləcəyini bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib ki, cari ilin sentyabrında belə stansiyalar «Aralıq dənizi rayonunda sınaqdan çıxarılıb».
«Voronej» adlı yeni nəsil RLS Leninqrad vilayətinin Lextusi rayonunda, Krasnodar diyarının Aramavir şəhərində, eləcə də Kalininqrad vilayətində quraşdırılıb.