Rusiyanın prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının Durban şəhərinə 4 günlük səfər edib. Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, Putinin CAR-a səfərinin səbəbi BRİKS (sürətli inkişaf edən beşlik ölkələr)-in sammitində iştirak etməkdi.
Səfər çərçivəsində hər iki ölkənin liderləri arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması da nəzərdə tutulub.
Qeyd edək ki, Putinin CAR-a sonuncu səfəri 2006-cı ildə olub.