Prezidentlərin görüşü noyabrın 19-da olacaq?
13 noyabr 2013 13:46 (UTC +04:00)

Prezidentlərin görüşü noyabrın 19-da olacaq?

Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutacaq görüş noyabrın 19-da Vyanada, ya Surix şəhərində keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti diplomatik mənbələrə istinadən xəbər yayıb. Qəzetin yazdığına görə, görüşdən gözləntilər böyük deyil: “Ekspertlərin fikrincə, bu görüş naminə görüş olacaq. ABŞ tərəfi belə bir fikir formalaşdırmaq istəyir ki, danışıqlar dalana dirənməyib və bu məsələ diqqətdədir. Eyni zamanda, ABŞ Rusiyanı “Cənubi Osetiya”, “Abxaziya” ssenarilərini bu məsələdə işə salmaq fikrindən daşındırmağa çalışır”.

 

O da bildirilir ki, görüş zamanı Ermənistan tərəfi qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlar stoluna qaytarılmasına israr edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885
avatar

Oxşar yazılar