Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin açıqlamasında bildirilir.
“Söhbət zamanı tərəflər ikitərəfli münasibətlər, Suriya böhranının nizamlanması üzrə səylər və Ukraynada münaqişənin həlli yollarını müzakirə ediblər. Tərəflər ABŞ-Rusiya arasında mövcud fikir ayrılıqlarının peşəkar dialoqla aradan qaldırılmasının zəruriliyinə dair razılığa gəliblər”, məlumatda deyilir.
Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.