ABŞ dövlət katibi Mayk Pompeo Nyu Yorkda KXDR emissarı, Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Yon Çxol ilə görüşəcək.
APA-nın “Röyters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında deyilir.
Məlumata görə, görüşün məqsədi iyunun 12-də Sinqapurda keçiriləcək ABŞ-KXDR sammitinə dair məsələləri müzakirə etməkdir.