Polşa prezidenti ABŞ-ı tərk edə bilmədi
21 may 2018 20:24 (UTC +04:00)

Polşa prezidenti ABŞ-ı tərk edə bilmədi

Polşa prezidenti Andjey Duda beş günlük səfəri başa çatdıqdan sonra ABŞ-ı tərk edə bilməyib.

 

APA-nın məlumatına görə, bu barədə TVN24 xəbər verib.

 

Məlumata əsasən, Çikaqo-Varşava aviareysi təyyarədə aşkarlanan texniki nasazlığa görə ləğv edilib. A.Duda Polşa hökumətinin nümayəndələri ilə birgə “LOT” aviaşirkətinin digər təyyarəsi  ilə ABŞ-ı tərk edəcək.

 

A.Duda Çikaqo şəhərinin Polşa icması ilə görüşmək üçün ABŞ-a səfər edib. Səfər çərçivəsində o həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar