Roma Papası Fransisk Vatikandakı Apostol sarayı ərazisindəki papa binasında yaşamayacağını bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, qonaqlar üçün nəzərdə tutulmuş iqamətgahda yaşayacaq.
Vatikanın rəsmisi Federiko Lombardii bildirib ki, Katolik kilsəsinin yeni başçısı sarya divalraı ilə başqa insanlardan təcird olunmaq istəmir.
Bir müddət öncə, o, «papamobil»-dən imtina edib.O, taxtın kreslo ilə əvəzlənməsini, habelə ümumi yeməkxanada yemək yemək istədiyini də birldirib.
Ötən həftə isə Buenos-Ayrosda qəzet köşkünün yiyəsinə özü zəng edərək,qəzet gətirilməsinin dayandırılmasını xahiş edib.