Pakistanın şimal-qərbində yaraqlılar polis maşınına hücum edib.
Lent.az-ın məlumatına görə, bu basqın nəticəsində polislərdən bir həlak olub, biri yaralanıb. Polis bildirib ki, azından iki yaraqlı da öldürülüb.
Hücum Peşavardan şərqdə, Xubər əyalətində baş verib.
Bir müddət öncə hakimiyyət həmin bölgədə bir neçə dəfə hərbi əməliyyat keçirib. Məlumata əsasən, bu rayon çətin keçilən ərazidir və orada bir çox radikal qanunsuz silahlı dəstələrin, o cümlədən taliblərin məskunlaşması üçün əlverişli yer sayılır.