Pakistan hakimiyyəti Hindistanın İslamabaddakı səfirinin müavinini izahat üçün Xarici İşlər Nazirliyinə çağırıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Hindistan hərbçilərinin Kəşmirə açdıqları «təsadüfi atəş» nəticəsində dinc sakinlər həlak olub.
Rəsmi İslamabad bildirib ki, pakistanlıların öldürülməsi on il öncə iki tərəf arasında sülh razılaşmasının pozulması ilə nəticələnə bilər.
Dehli isə yalnız hərbçilərinin minaatanlardan mövqelərinə açılan atəşə cavab verildiyini bəyan edib.
Mütəxəssislərin nəzərincə, münaqişənin kəskinləşməsi bu ilin sentyabrında hər iki dövlətin liderlərinin BMT-nin Baş Assambleyası çərçivəsində aparacağı danışıqların uğurunu azalda bilər.