Obamanın qardaşı seçkidə uduzdu
09 mart 2013 13:54 (UTC +04:00)

Obamanın qardaşı seçkidə uduzdu

 

ABŞ prezidenti Barak Obamanın qardaşı Abonqo Malik Obama Keniyada qubernator seçkisində məğlub olub. Lent. az-ın məlumatına görə,  cəmi 1 faiz səs qazanıb.  

 

O, iki namizəddən böyük fərqlə geri qalaraq, 3-cü yeri tutub.

 

Malik Obama namizədliyini yanvarda irəli sürüb. O, “Əgər qardaşım ABŞ xalqı üçün çox iş görürsə, nəyə görə mən keniyalılar üçün çalışmayım?” deyib.

 

Qeyd edək ki, Barak və Malik Obama ata bir, ana ayrı qardaşlardır.  Malik Obama 1958-ci ildə doğulub, hazırda mühasibdir və kiçik mağazası var. O, ilin bir neçə ayını ABŞ-da keçirir. Qardaşlar ilk dəfə 1985-ci ildə görüşüblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902
avatar

Oxşar yazılar