«Amerika dünya polisi olmamalı, ancaq Suriya problemində fəaliyyət göstərməlidir».
Lent.az-ın «RİA Novosti »-yə istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama televiziya ilə ölkə əhalisinə müraciətində söyləyib.
«Amerika dünya polisi olmamalıdır. Bununla belə kiçik risqlə biz uşaqların kimyəvi qazla zəhərlənməsinə yol verməmək, onların təhlükəsizliyini təmin üçün fikrimcə, fəaliyyət göstərməliyik»-deyə, Obama vurğulayıb.
Müraciətində ABŞ lideri rusiyalı həmkarı ilə görüşəcəyin də vurğulayıb: «Dövlət katibi Con Kerri sentyabrın 12-də görüşməyi tapşırmışam. Özümsə Vladimir Putinlə müzakirələri davam etdirəcəyəm».
«Avqustun 21-də Dəməşq ətrafında baş verənlərlə bağlı BMT müfəttişlərinə araşdırmalarını aparmasına imkan verəcəyik» - deyə, Obama bildirib.
Telemüraciətində Obama qeyd edib:«Rusiyanın təşəbbüsündə problemin hərbi müdaxilə olmadan həll etmək potensialı var».
Prezident amerikalılara Suriyada hərbi əməliyyatların İraq, Əfqanıstan, Kosovo, yaxud Liviyadakı kimi uzun müddətli, müddətsiz olmayacağını da boyun olub.
«ABŞ hakimiyyəti kimyəvi silahın tətbiqinin arxasında Suriyadakı rejimin dayandığını bilir. Heç Kim kimyəvi silah faktının diqqətdən kənar saxlaya bilməz. Qadınların, uşaqları və kişiləri kimyəvi silahdan istifadə nəticəsində zəhərlənməsi ilə bağlı videoyazı var. Bu isə hiddət yaradır, cavab tələb edir».