Obama Suriyaya zərbəni təxirə sala bilər
10 sentyabr 2013 06:53 (UTC +04:00)

Obama Suriyaya zərbəni təxirə sala bilər

ABŞ prezidenti Barak Obama Suriya kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi ilə bağlı Rusiyanın təşəbbüsünü «potensial sıçrayış» adlandırıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib ki, belə bir halda ABŞ Suriyaya zərbəni təxirə sala bilər. Bununla yanaşı Obama Suriyadakı rejimin belə bir addım atacağına şübhələndiyini də vurğulayıb.

 

Ağ Evin yiyəsi etiraf edib ki, Suriyaya hərbi zərbə endirməsi ilə bağlı konqresin razılığını almamaq ehtimalı da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758
avatar

Oxşar yazılar