ABŞ prezidenti İrana qarşı Fövqəladə Vəziyyət (FV) rejimini daha bir il uzadıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda xəbəri ABŞ prezidentinin administrasiyası yayıb.
B.Obamanın məsələ ilə bağlı konqresə göndərdiyi məktubda qeyd olunub ki, Tehranın nüvə proqramına dair danışıqların keçirilməsinə baxmayaraq, bu, İrana münasibətin dəyişməsi üçün yetərli deyil.
Xatırladaq ki, FV rejimi 1979 –cü il noyabrın 14-dən tətbiq edilir. Onun ləğvi və ya uzadılmasına hər il yenidən baxılır.