«Böyük-20»-liyin Sankt-Peterburqda keçiriləcək zirvə toplantısı çərçivəsində ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılmayıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda rəsmi Ağ ev bəyanat verib.
«İndiki anadək bizdə ikitərəfli görüşün keçiriləcəyinin planlaşdırıldığı barədə informasiya yoxdur»-deyə, prezident administrasiyasından bildirilib.
Bununla belə o, qeyd edib ki, prezidentlərin «ümumi ünsiyyət saxlaması üçün imkan olacaq».