Bu həftənin cümə axşamı günü ABŞ-da “Şükranlıq bayramı” qeyd ediləcək.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu münasibətlə ABŞ-da 45 milyona yaxın hinduşka kəsiləcək.
Xarici mətbuat yazır ki, ABŞ prezidenti Barak Obama, hər il olduğu kimi, bu il də “Şükranlıq bayramı” münasibətilə kəsəcəyi hinduşkanı əfv edəcək. Ancaq ABŞ mətbuatı bu məsələ ilə bağlı maraqlı fakt əldə edib. Məlum olub ki, Obamanın bu günə qədər kəsməyərək bağışladığı hinduşkalar sonradan müxtəlif səbəblərdən ölüb.
ABŞ prezidentinin həyatını bağışladığı 8 hinduşkanın hamısı tələf olub. Obamanın keçən il əfv etdiyi Gobler adlı hinduşka da bu ilin fevral ayında qəflətən ölüb.
ABŞ mətbuatı bu maraqlı tendensiyanın müəmmalı səbəbləri barədə müxtəlif mülahizələr irəli sürür.