Obama ABŞ büdcəsini 85 milyard ixtisar etdi
02 mart 2013 12:40 (UTC +04:00)

Obama ABŞ büdcəsini 85 milyard ixtisar etdi

 

ABŞ prezidenti Barak Obama dövlət büdcəsinin sentyabrın 30-da başa çatacaq maliyyə ili ərzində 85 milyard dollar ixtisar edilməsi barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, prezident ixtisarlardan qaçmaq üçün hər iki partiyanın Konqresdəki nümayəndələri ilə danışıqlar aparsa da, dialoq nəticəsiz başa çatıb. Prezident danışıqların iflasa uğramasında illik gəliri 1 milyondan artıq olan vətəndaşlara tətbiq olunan verginin qaldırılması təklifini rədd edən respublikaçıları günahlandırıb. Nümayəndələr Palatasının spikeri Con Beyner bildirib ki, təmsil etdiyi partiya vergilərin artırılması ideyasını dəstəkləməyəcək.

Analitiklərin fikrincə, büdcədə ixtisarın aparılması nəticəsində bu il ABŞ-da ümumi daxili məhsulun həcmi yalnız 1,4 faiz arta bilər. Ötən il isə bu rəqəm 2,2 faiz təşkil edirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568
avatar

Oxşar yazılar