ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Suriya məsələsi bağlı danışıqlarını xarakterizə edərkən deyib ki, hərbi əməliyyatlara başlamaq üçün «bəhanə axtarmır».
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ABŞ lideri deyib: «Əgər biz kimyəvi silahdan istifadənin yasaqlanmasına ciddi yanaşırıqsa, o (Suriyadakı olaya) zaman beynəlxalq cavab uyğun olmalıdır. Məni seçiblər ki, savaşı bitirim, onları dolaşdırmayım».
Xatırladaq ki, Obama ilə Putinin Sankt-Peterburqda görüşü baş tutub. Tərəflər Suriyadakı vəziyyəti müzakirə etsələr də, mövqelərdəki ziddiyyət qalıb.