ABŞ hakimiyyəti İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaları azacıq mülayimləşdirə bilər. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bunu ölkənin prezidenti Barak Obama bildirib. Onun sözlərinə görə, bunun üçün İranın atom-nüvə problemi ilə bağlı müəyyən razılıq əldə edilməlidir.
«NBC» telekanalına müsahibəsində Obama qeyd edib ki, söhbət «yavaş-yavaş yumşaldılmadan» gedir: «Əsas sanksiyaların saxlanılacağı planlaşdırılır. Əgər Tehranın əldə edilən razılaşmalara əməl etmədiyi məlum olarsa, o zaman ABŞ geri çəkilməyə də hazırdır».
Xatırladaq ki, nüvə proqramının inkişafının dayandırması qarşılığında dünya gücləri İrana tətbiq edilən sanksiyaları hissə-hissə götürəcəklərini boyun olur.