Nyu-York meri Maykl Blumberq şəhərin restoran, bar və başqa iaşə yerlərində siqaretin çəkilməsinin qadağan olunmasının 10 illiyi münasibəti ilə bağlı çıxışında deyib ki, bu şəhər hakimiyyətinin qəbul etdiyi ən yaxşı tədbirlərdəndir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, şəhər başçısı buna baxmayaraq, Nyu-Yorka turist axınını davam etdiyini və sakinlərinin daha uzun ömürlü olduqlarını vurğulayıb.
Nyu-York səhiyyə idarəsinin məlumatına əsasən, siqaret çəkilməsinin qadağan edilməsi ot minlərlə insanın ölümünün qarşısının alınmasına səbəb olub.