Bu il Novruz bayramını Ermənistana qarşılayan iranlıların sayı keçən illə müqayisədə iki dəfə az olub. Lent.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, martın 21-də İrandan Ermənistana 7 min 500 turist gəlib.
Əgər keçən il iranlılar İrəvanda 150 dollara mənzil kirayələyə biliblərsə, bu il İrəvanda mənzil kirayəsi qiyməti iki dəfədən çox aşağı düşüb. Üstəlik, keçən il Mehridən İrəvana iranlı turistlər 200 dollara aparılıblarsa, bu il 100 dollar kifayət edib. Ancaq bu da Novruz bayramını Ermənistanda qarşılamaq istəyən iranlıların sayının 2 dəfə azalmasının qarşısını ala bilməyib...