Nigeriyanın şərqində yerləşən Qanye şəhərində yaraqlıların törətdiyi bir neçə hücum nəticəsində 25 nəfər həlak olub.
Lent.az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, silahlı hücumlara şəhər həbsxanası, bank və polis məntəqəsi məruz qalıb. Bundan başqa, silahlılar yerli kafeni də gülləbaran ediblər.
Polisin məlumatına əsasən, yaraqlılar həbsxanada saxlanılan məhbusların bir qismini azadlığa buraxıb. Hücum zamanı onlar patlayıcılardan, pulemyotlardan və başqa silahlardan istifadə ediblər.
Hökumət hesab edir ki, hücumlar ölkənin şimalında və şərqində fəal çıxış edən “Boko Haram” islamçı qruplaşma tərəfindən təşkil olunub.