Netanyahu Ərdoğandan üzr istəməyib?
25 mart 2013 15:32 (UTC +04:00)

Netanyahu Ərdoğandan üzr istəməyib?

İsrailin “Yerusalem Post” qəzetində dünya gündəmini  dəyişəcək maraqlı yazı dərc olunub. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, qəzet yazıb ki, İsrailin baş naziri Netanyahunun rəsmi Ankaradan üzr istəməsi və Qəzzanın mühasirəsi ilə bağlı söylənən fikirlər həqiqətə tam uyğun deyil.

 

Netanyahunun milli siyasət müşaviri Yaakov Amidror "Qəzzanın mühasirəsini aradan qaldırmağa söz verməmişik" açıqlaması ilə çıxış edib.  “Yerusalem Post”-da çap olunan "Türkiyənin anlayışı və həqiqətlər" başlıqlı analitik yazıda isə üzr və Qəzanın mühasirəsi ilə bağlı rəsmi Ankaranın səsləndirdiyi fikirlərin “həqiqətə tam uyğun gəlmədiyi" bildirilir: “Netanyahun Ərdoğandan deyil,  ölümlə nəticələn əməliyyatdakı səhvlərə görə Türk xalqından üzr istəyib. Bu da, ictimaiyyət qarşısında yüksək səslə edilən  üzr deyil."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Oxşar yazılar