İngiltərənin məşğulluq naziri seksual müğənnini Beyonsu tərifləyib. Lent.az-ın məlumatına görə, nazir Eçer Makvey məşhur müğənnini gənc qızlara nümunə göstərib.
Seksual səhnə proqramları və açıq-saçıq geyimləri ilə tənqid olunan müğənnini dəstəklədiyini deyən nazir onu "gözəl ana" adlandırıb.
Qeyd edək ki, keçən il 45 yaşını qeyd edən qadın nazir 13 il əvvəl teleaparacılıq etdiyi vaxt çəkdirdiyi erotik fotolarla gündəmə gəlmişdi.