Moskva merliyinə namizəd Aleksey Navalın «Exo Moskva»-ya müsahibəsində qəribə bəyanatlar verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib ki, qələbə qazanacağı halda «Manej» meydanında «Ləzginka» rəqsinin oynanılmasını yasaqlayacaq. O, Qafqaz rəqsinin şəhərin mərkəzində oynanılmasını «inzibati pozuntu» adlandırıb.
Bununla belə cinsi azlıqların Moskvada parad keçirməsinə icazə verəcəyini də söyləyib.
Navalnı seçkiqabağı proqramında Orta Asiya ölkələri ilə viza rejimi tətbiq edilməsi təklifini irəli sürüb.