Myanmada (Birma) dinlərarası münaqişə bir həftədir dayanmır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu qarşıdurma nəticəsində 40 –dan çox insan həlak olub.
Qarşıdurma paytaxtın 150 km-liyinədək genişlənib.
Müşahidəçilərin sözlərinə əsasən, buddistlər Ranqun-Pequ şəhərinə gedən yoldakı müsəlmanların evlərinə və məscidlərə basqın edir.
Polis bildirib ki, Daxili İşlər Nazirliyinin bölmələri bu dağıdıcı qüvvələrin öhdəsindən gəlməkdə çətinlik çəkir.
Abş ölkədəki səfirliyi vətəndaşlarına müsəlmanların yaşadığı rayonlara getməməyi məsləhət görüb.
Bu il martın 20-dən 12 mindən çox müsəlman öz evlərini tərk edib.