Müxalifətin əsas şərti - Əsədin istefası
09 may 2013 04:49 (UTC +04:00)

Müxalifətin əsas şərti - Əsədin istefası

Suriya İnqilabi və Müxalifət qüvvələri koalisiyasının rəhbərliyi mayın 8-də Bəşar Əsəd hakimiyyətdən istefa verəcəyi halda danışıqlarda iştirak edəcəklərini mümkün saydıqlarını bildirib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, birləşmiş müxalifətin məsələyə dair müraciətində vurğulanıb: «Milli Şura Suriya xalqının demokratik inkişaf yolunu tutması ilə bağlı beynəlxalq ictimaiyyətin siyasi qərarlar araması səylərini alqışlayır. Ancaq danışıqlar yalnız Əsəd və onun rejimi hakimiyyətdən getdikdən sonra başlaya bilər».

 

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Con Kerrini Moskvada qəbul etmiş Rusiyanı xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, onlar Suriya hakimiyyəti ilə müxalifətin bir masa arxasında danışıqlara başlaması üçün mümkün olanları edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar