Misirin xarici işlər naziri Məhəmməd Camal Əmr istefa verib.
Lent.az-ın informasiya vasitələrinə istinadən məlumatına görə, bu xəbəri «Əl-Cəzirə» yayıb.
Daha öncə Misir hökumətinin 10 naziri və 3 valisi istefa vermişdi.
***
00.16
5 nazirin ardınca Misir prezidenti Məhəmməd Mursinin müşaviri general Sami Ənan da istefa verib.
Lent.az-ın xaric informasiya vasitələrinə istinadən məlumatına görə, o, hərbçilərin 48 saatlıq ultimatumundan sonra bu addımı atıb.
Yerli informasiya vasitələri bildirib ki, general xalqla həmrəy olduğunu nümayiş etdirmək üçün belə hərəkət edib.
Xatırladaq ki, Misir Silahlı Qüvvələrinin Məhəmməd Mursi və siyasi rəqiblərinə xəbərdarlığında vurğulanıb: «Əgər 48 saat ərzində tərəflər arasında anlaşma əldə olmazsa, o zaman sülhün yaranması üçün ordu özünün «yol xəritəsini» təqdim edəcək».