Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin qohumları müdafiə naziri Əbdül Fəttah əs-Sissiyə qarşı iddia qaldırmağa hazırlaşır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda onun qızı Şaimə Mursi Qahirədə keçirdiyi mətbuat konfransında bəyan edib.
M.Mursinin ailə üzvləri və yaxınları bildirib ki, hərbçilər onu oğurlayıb.
«Biz yerli məhkəməyə, eləcə də beynəlxalq qurumlara qanlı hərbi çevrilişin lideri Əbdül Fəttah əs-Sissiyə və onun çevrilişçi qrupuna qarşı iddia qaldıracağıq»-deyə, Şaimə Mursi bildirib. O, deyib ki, atasının təhlükəsizliyinə hərbçilər məsuliyyət daşıyır.
Ş.Mursi «qanuni prezident devrildikdən sonra oğurlanmasına hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin susmasından» rahatsızlıqlarını da vurğulayıb.