Misir məhkəməsinin təftiş komitəsi keçmiş prezident Hüsnü Mübarəki və iki oğlunu dövlət büdcəsindən 150 milyon dollardan artıq maliyyə vəsaitini mənimsədiyini bildirib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, qurumun məsələ ilə bağlı açıqladığı özəl bəyanatda deyilib:«Əldə edilmiş məlumatlara əsasən, Mübarək özü, oğlanları – Qamal və Əli dövlət büdcəsindən şəxsi məqsədlə üçün 150 milyon dollardan artıq pul xərcləyiblər».
Komitə bildirib ki, əldə edilmiş yeni materialların hamısı ölkənin baş prokurorluğuna veriləcək.
Xatırladaq ki, 2012-ci il iyunun 2-də dinc nümayişçilərin qətlinə görə, Mübarək Qahirə məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. Appelyasiya məhkəməsi onun şikayətinə aprelin 13-də baxmağı planlaşdırıb.
Keçmiş prezidenti oğulları isə dövlət müəssislərinin aksiyaları ilə qanunsuz birja sövdələşmələri apardıqları üçün istintaq altındadır.