Mozambik polisi 27 körpəni qaçaq yolu ilə Cənubi Afrika Respublikasına (CAR) aparmaq istəyənlərdən qurtarıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 7 nəfər həbs edilib. Onlar bir yaşından 7-dək olan uşaqları sərhəddən keçirmək niyyətində imiş.
Mənbə bildirib ki, onların İr neçəsi ailəsinə qaytarılıb, qalanı isə xüsusi xidmət orqanları tərəfindən yoxlama üçün nəzarətə alınıb.
Mozambik vətəndaşlarının çoxu CAR-da işləyir. Orada dolanışığı üçün daha yaxşı şərait olduğu bildirilir.