İraqın Mosul şəhərində 5 nəfər bir neçə yaraqlının basqının qurbanı olub.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «France Presse» bildirib ki, yerli polis atışma nəticəsində bir əsgər və iki mülki şəxs öldürüldüyünü deyib.
Bununla yanaşı Dəcla çayından çoxsaylı güllə yarası ilə daha bir əsgərin meyiti aşkarlanıb.
Mosul Universiteti yaxınlığında isə taksi sürücüsü partlayışın qurban olub. Məlumata əsasən, onun sürdüyü maşına maqnit mina quraşdırılıbmış.