Moldova baş nazirinin müavini, iqtisadiyyat naziri Valeri Lazer ölkəsindən Rusiyaya ixrac olunan üzüm məhsullarına Moskva tərəfindən tətbiq edilən embarqonun səbəbini başa düşmədiyini bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Lazer jurnalistlərə açıqlamasında deyib:«Kənd Təsərrüfatı Nazirliyindəki həmkarlarımdan məsələni son dərəcə obyektiv dəyərləndirilməsini istədim. Biz gerçəklən baş verənləri bilmək istəyirik. Məsələni texniki və siyasi aspektinin harada başlayıb, harada bitdiyini bilmək mənim üçün çox vacibdir. Etiraf edim ki, tam aydınlıq yoxdur».