Fövqəladə Hallar Nazirliyi Moskva Baş İdarəsi Rusiya paytaxtında güclü fırtına olacağını, qar yağacağını və görüntünün pisləşəcəyi haqda xəbərdarlıq edib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, qurum bildirib: «Qar yağacağı, zaman-zaman onun güclənəcəyi gözlənilir. Min metrdən az məsafədə görüntünün pisləşəcəyi, nəqliyyatın hərəkətinin çətinləşəcəyi, yollarda tıxacın və qəza şəraitinin yaranacağı, habelə əhali arasında travmaların sayının artacağı proqnozlaşdırılır».
Baş İdarə sürücülərə ehtiyatlı olmağı məsləhət görüb.