Moskvadakı restoranlardan birində həyata keçirilən əməliyyat nəticəsində aralarında azərbaycanlıların da olduğu 54 əcnəbi saxlanılıb. Lent.az-ın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat Altaysk küçəsindəki restoranda olub.
Tutulanlar yerli polis şöbəsinə aparılıblar. Həmyerlilərimizdən əlavə, Tacikistan, Gürcüstan, Türkiyə, İran və Ermənistan vətəndaşlarının, habelə Şimali Qafqaz Federal dairəsi sakinləri də saxlanılıblar. Onların cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır.
Restorana və avtomobillərə baxış zamanı saxlanılanlardan patronlarla dolu “Sayqa” ov karabini və travmatik tapança da götürülüb.