Rusiyanın Moskva vilayətində keçmiş tikiş fabrikində 2500-dən çox qeyri-leqal miqrant aşkarlanıb. Lent.az-ın Rusiyanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, onlar İvanteyevka şəhərindəki fabrikin ərazisində qalır və işləyirmişlər.
İnsanlar fabrikin istehsal qurğularında antisanitariya şəraitində yaşayıblar. Cənub-Şərqi Asiyadan gələnlər saxta yüngül sənaye məhsullarının kütləvi istehsalında iştirak ediblər. Onlar Rusiya istehlakçılarının həyatı və sağlamlığı üçün təhlükəsizlik tələblərini pozublar.
70 tondan yuxarı saxta geyim müsadirə olunub. Əmlak sahiblərinə 20 milyon rubldan çox zərər dəyib.