Moskvanın «Domodedovo» hava limanından uçan sərnişin təyyarəsinin pilotları bildirib ki,uçuş zamanı lazerlə onları kor etmək istəyiblər.
Lent.az-ın «intrefaks»a istinadən məlumatına görə, bu haqda Rusiya DİN Mərkəzi Federal dairəsi üzrə Nəqliyyat İdarəsinin mətubat xidməti agentliyə bildirib.
Qurum təmsilçisinin əözlərinə əsasən, «Transaero»hava şirkətinin təyyarəsi avqustun 27-də 23.15-də (Bakı vaxtı ilə 00.15) Moskva – Kalininqrad uçub.
«23.35-də hava limanından 11 km aralı, Domodedovo rayonunun Sudakovo qəsəbəsində lazerlər pilotları kor etmyə cəhd göstərilib» -deyə, mətbuat xidmətindən bildirilib.
Məlumat qeyd olunub ki, təkrar cəhd edilməyib və uçuş davam etdirilib.
Olayla bağlı informasiya Daxili İşlə Nazirliyinin ərazi orqanına ötürülüb.