Misirdə ordu tərəfindən iqtidardan uzaqlaşdırılan Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda azı 32 nəfər ölüb. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, yaralıların sayı yüzlərlədir.
Ölənlərdən azı 4-nün hüquq-mühafizə orqanlarının əməkdaşları olduqları bildirilir.