Misirdə parlament seçkisinin keçiriləcəyi vaxt açıqlandı
22 fevral 2013 06:25 (UTC +04:00)

Misirdə parlament seçkisinin keçiriləcəyi vaxt açıqlandı

Misirdə Aşağı Palataya (Nümayəndələr Palatası) seçkilər aprelin 27-də keçiriləcək.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu haqda prezident Məhəmməd Mursinin müşavirlərindən biri «əl-Ərəbiyyə» telekanalına müsahibəsində bildirib.

 

«Nümayəndələr Palatasına ümumi seçkilər 4 mərhələdə aprelin 28-də keçiriləcək» - deyə, dövlət müşaviri söyləyib.

 

Misirin Yuxarı Palatası - Məsləhət Şurası Ana Yasa Məhkəməsinin tələblərinə uyğun olaraq,  «Seçki haqqında qanuna» dəyişiklik və düzəlişi təsdiqləyib.

Yeni qanun prezidentin təsdiqinə təqdim olunub.

 

Dekabrın sonunda qəbul olunmuş yeni Ana Yasaya əsasən, sözügedən siyasi kampaniya Əsas Qanun qüvvəyə mindikdən 60 gün sonra keçirilməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416
avatar

Oxşar yazılar