Misirdə ölənlərin sayı 2200-ə çatıb
15 avqust 2013 12:15 (UTC +04:00)

Misirdə ölənlərin sayı 2200-ə çatıb

Misirin təhlükəsizlik qüvvələri dünən səhər buldozer və zirehli texnika ilə devrilmiş prezident Mursi tərəfdarlarının düşərgə qurduğu paytaxt Qahirədəki “Adaviya” və “Nahda” meydanlarını tam  nəzarətə götürüblər. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd olunur ki,  dünənki hadisələr zamanı 278 şəxs həyatını itirib.

 

“Müsəlman Qardaşlar” isə ölənlərin sayının ən azı 2.200 -ə çatdığını bildirib.

 

Qeyd edək ki, Misirin vitse-prezidenti Məhəmməd əl Baradey artıq istefa verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136
avatar

Oxşar yazılar