Misirin müvəqqəti hökuməti devrilmiş prezident Məhəmməd Mursiyə dəstəklə bağlı Qahirənin Ədəviyyə və Nahda meydanlarında keçirilən fasiləsiz aksiyaların dağıdılması barədə Daxili İşlər Nazirliyinə göstəriş verib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, göstərişdə "Müsəlman Qardaşları" Hərəkatının bu meydanlarda keçirdiyi aksiyaların ölkənin milli təhlükəsizliyinə ciddi təhdid olduğu vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, bu aksiyalar yolların bağlanmasına və terrorizmə aparıb çıxarır. "Müsəlman Qardaşları" Hərəkatının da cavab gecikməyib. "Müsəlman Qardaşları" Hərəkatı cümə günü əhalini kütləvi aksiyalarda iştirak etməyə çağırıb. Siyasi müşahidəçilər yaranmış vəziyyətdə sabah cümə namazından sonra paytaxt Qahirədə və digər şəhərlərdə təhlükəsizlik qüvvələri ilə aksiyaçılar arasında yeni toqquşmaların, insan tələfatının olmasını qaçılmaz sayırlar.