Fevralın 26-da səhər çağı Misirdə hava şarı qəzaya uğrayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu faciəli olaydan sonra ölkənin Luksor əyalətinin rəhbərliyi hava şarında uçuşları yasaqlayıb.
Xatırladaq ki, əyalətdə baş vermiş olay nəticəsində səyahət üçün nəzərdə tutulmuş hava şarının nasazlıq üzündən yerə düşməsi nəticəsində Britaniya, Honkonq və Yaponiyadan olan 19 turist həlak olub.
Hakimiyyətin yasağının müddəti bilinmir.