Misir prezidentinə ölkədən çıxmaq yasaqlanıb
03 iyul 2013 22:20 (UTC +04:00)

Misir prezidentinə ölkədən çıxmaq yasaqlanıb

Misir prezidenti Məhəmməd Mursiyə ölkəni tərk etmək yasaqlanıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda ölkənin təhlükəsizlik xidmətinin təmsilçisi bildirib.

 

Xatırladaq ki, Misir Silahlı Qüvvələrinin komandanlığı iyulun 1-də bəyanatla çıxış edib.

 

Bəyanatda yaranmış böhranın aradan qaldırılması üçün siyasətçilərə 48 saat vaxt verilib.

 

“Silahlı Qüvvələr yenidən xalqın tələbini yerinə yetirməyə çağırır və ölkədə yaranmış mövcud böhranlı vəziyyətin aradan qaldırılması üçün sonuncu şans kimi hər kəsə 48 saat vaxt verir”, – deyə bəyanatda vurğulanmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

Oxşar yazılar