Misirdə piramidaların icarəyə verilməsi məsələsi müzakirəyə çıxarılıb.
Lent.az-ın “Al-Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, Maliyyə Nazirliyi ölkə iqtisadiyyatının sürətlə bərpası üçün Mədəni Dəyərləri Mühafizə üzrə Nazirliyinə tarixi abidələrin icarəyə verilməsini təklif edib.
Söhbət məşhur piramidalardan, o cümlədən Luksor və Abu-Simbledəki məbədlərdən gedir. Maliyyə Nazirliyi hesab edir ki, bu abidələrin turist şirkətlərinə icarəyə verilməsi 5 il ərzində ölkəyə 200 milyard dollar gəlir gətirə bilər. Lakin Mədəni Dəyərləri Mühafizə üzrə Nazirliyi Maliyyə Nazirliyinin bu təklifinə müsbət yanaşmır. Tarixi abidələrin icarəyə verilməsi təklifi Misirdə bir çox tədqiqatçıların və arxeoloqların da narazılığına səbəb olub.