Misir müxalifəti seçkiləri boykot edəcək
27 fevral 2013 05:48 (UTC +04:00)

Misir müxalifəti seçkiləri boykot edəcək

Misirin aparıcı müxalifəti, Milli Qurtuluş Cəbhəsi aprelin 22-də keçiriləcəyi planlaşdırılan parlament seçkilərini boykot edəcəyini bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müxalifət rəhbərliyi bu qərarını səsvermənin ədalətli və şəffaf olacağına təminatın olmaması ilə əlaqələndirib.

 

Qeyd edək ki,hakimiyyət  fervralın 26-da Misirin dövlət televiziyasında ölkənin siyasi partiayaları ilə danışıq keçirib. Müxalifət həmin toplantı da iştirak etməyib.

 

Müxalifət bildirib ki, belə danışıqlar bu yaxınlarda keçirilən etiraz aksiyalarında toqquşma nəticəsində həlak olmuşların ruhlarının «təhqir edər».

 

Xatırladaq ki, yanvarın sonu, fevralın başlanğıcında keçirilən kütləvi aksiyalar zamanı 60-a yaxın iştirakçı öldürülmüşdü.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

Oxşar yazılar