Misir hakimiyyəti aparıcı 20 siyasi təşkilatı qarşıdan gələn parlament seçkiləri ilə bağlı ümummilli danışıq üçün ölkə televiziyasında birbaşa müzakirələrə dəvət edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, görüş fevralın 26-ı Bakı vaxtı ilə saat 19.30-a prezident Məhəmməd Mursinin iqamətgahına təyin edilib.
Hakimiyyətlə partiyalar arasında qəbul edilmiş birgə sənəd Misirin Ali Seçki Komissiyasına göndəriləcək.
Ölkənin əsas aparıcı laik partiyası milli Qurtuluş Cəbhəsinin lideri Məhəmməd əl-Baradey bu siyasi kampaniyanı boykota çağırsa da, qurumun rəsmi mövqeyi hələ açıqlanmayıb.
Xatırladaq ki, aprelin 22-ə təyin edilmiş seçki 4 mərhələdə keçiriləcək. İyunun 24-də bu siyasi kampaniya yekunlaşmalıdır. 2013-cü il iyulun 2-də Aşağı Palata, Təmsilçilər Palatasının yeni tərkibdə ilk toplantısının keçirilməsi nəzərdə tutulub.