Minskdə partlayış: 2 nəfər həlak olub
23 fevral 2013 21:37 (UTC +04:00)

Minskdə partlayış: 2 nəfər həlak olub

Belorus paytaxtı Minskdə ikimərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində az iki nəfər həlak olub.

 

Lent.az-ın məlumatına əsasən, olay məişətdə işlədilən təbii qazın partlaması nəticəsində baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, 9 nəfər xilas edilib, 22 nəfər isə köçürülüb.

 

5 nəfərə tibbi yardımla bağlı müraciət edib. 4 sakinə yerindəcə tibbi yardım göstərilib, bir nəfər xəstəxanaya yerləşdirilib.

# 428
avatar

Oxşar yazılar