Almaniyanın kansleri Angela Merkel videomüraciətində əminliklə bildirib ki, Avropa Birliyinin Şərq qonşuluğuna Moskva «siyasi təzyiqlər» edir.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, Ukraynanın Avopa Birliyi ilə assosiasiya haqqında müqavilənin hazırlanmasından imtinası Rusiyanın basqılarına örnəkdir.
«Rusiya hesab edir ki, «Şərq Tərəfdaşlığına» üzvlüyü Avropa Birliyi Rusiyaya qarşı yönəldib. Ancaq bu heç də belə deyil» -deyə, o, söyləyib.
Merkel vurğulayıb ki, Ukraynanın qərarı «Şərq tərəfdaşlığı» sammitinin gündəliyinin dəyişməsinə səbəb olub.
Bu zirvə toplantısında uyğun müqavilələrini imzalanması nəzərdə tutulmuşdu.