Merkel:«Türkiyənin AB-yə tamhüquqlu üzv olacağına şübhə edirəm»
26 fevral 2013 02:05 (UTC +04:00)

Merkel:«Türkiyənin AB-yə tamhüquqlu üzv olacağına şübhə edirəm»

 

Merkel:«Türkiyənin AB-yə tamhüquqlu üzvlüyünə şübhə edirəm»
 

Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri davam edir.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, alman qonaq Türkiyənin Avropa Birliyinə üzv ola biləcəyinə şübhə etdiyini söyləsə də, bu yöndə danışıqların prosesinə ara verilmədiyini bildirib.

 

«Biz aşkar nəticə ilə danışıqlar aparırıq. Bu məsələ ilə bağlı Avropa Birliyində razılıq əldə edilib. Hələlik nəticələr aydın deyil. Mən artıq dəfələrlə demişəm ki, Türkiyənin AB-yə tam hüquqlu üzv olmasına şübhə edirəm. Bununla belə prosesin davam etməsini istəyirəm»- deyə, Merkel Türkiyə hökumətinin başçısı Rəcəb Taib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

Almaniyanın hökumət başçısı qeyd edib ki, Ankara protokolu istiqamətində icaraatlar vacibdir (2005-ci ildə Ankarada Türkiyə tərəfi ilə imzalanmış Kiprin yunan hissəsində limanın açılması ilə bağlı Gömrük birliyinin əlavə protokolu).

 

«Bu halda biz irəli addımdan danışa bilərik»- deyə, Merkel bildirib.

 

 

Qeyd edək ki, A.Merkel fevralın 24-də baş nazir R.T.Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. O, NATO-nun qərarı ilə Almaniyadan gətirilən «Patriot»-ların quraşdırılması vəziyyəti ilə tanış olub və ölkənin tarixi yerlərinə ekskursiya edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Oxşar yazılar