Həştərxan şəhərinin meri Mixail Stolyarov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, faktı təsdiqləyən Rusiya DİN-in mətbuat xidməti əlavə şərh verməkdən imtina edib.
Qeyd edək ki, hakim “Vahid Rusiya” partiyasının üzvü olan M.Stolyarov Həştərxana 2012-ci ilin əvvəlindən başçılıq edir.